Dədə Qorqud

Dizin basıb oturanda halal görklü,
Dölümündən ağarsa, baba görklü.
Ağ südün doya əmizsə, ana görklü,
Yanaşıb yola girəndə qara buğur görklü.
Uzunca tənəfi görklü.
Oğul görklü…”
../..
Ağız açıb ögər olsam, üstümüzdə Tanrı görklü,
Tanrı dostu, din sərvəri Məhəmməd görklü.
Məhəmmədin sağ yanında namaz qılan
Əbubəkr Siddiq görklü,
Axır separə başıdır, “Əmmə” görklü,
Hecasinləyin, düz oqunsa, “Yasin” görklü
Qılıc çaldı, din açdı, Şahmərdan Əli görklü,
Əlinin oğulları, peyğəmbər nəvələri.
Kərbəla yazısında Yezidin əlində şəhid oldu
Həsənlə Hüseyn iki qardaş bilə görklü.
Yazılıb-düzülüb gögdən endi,
Tanrı elmi “Quran” görklü,
Ol “Quran”ı yazdı-düzdü,
üləmalar ögrənincə köbədi-biçdi
alimlər sərvəri Osman Üffan oğlu görklü.
Alçaq yerdə yapılıbdır, Tanrı evi Məkkə görklü,
Ol Məkkəyə sağ varsa, əsən gəlsə,
Sidqi bütün hacı görklü.
Sağış günündә ayna görklü,
Ayna günü oquyanda xütbә görklü.
Qulag asıb dinləyəndə ümmət görklü,
Minarədə banlayanda fəgi görklü…
Qamusuna bənzəmədi,
cümlə aləmləri yaradan Allah-Tanrı görklü
Ol öyüdüm Tanrı dost oluban mədəd irsün,
xanım, hey!..
../..

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s