Azerbaycan efsaneleri ve revayetleri – Oğuzun Od Tapması

Oğuz nesli Yer Xan Ana Xatun’la çox isti ölkeler gezdi. çox yerden keçdi. Bir gün gelib bir qayanın üstünde gecelemeli oldu. Qayanın üstü hem yumaşaq, hem de isti idi. Belece yatıb yuxuya getdiler. Sabah gözlerini açanda gördüler böyük bir quşun qanadları üstündedirler. Her yan ele soyuyub ki, adamın dişi dişine deyir. Quş da qanadını yelledib onları yere atdı. Dedi:
– Adım da Yer Xan qoymusan. Seni dalımda gezdirmeden belim qırddı. Barı get özüne bir çare qd.
– Ey quş, kimsen, insaf et, yardımını esirgeme. Ana Xatun böyle soyuğa dayanabilmez. Bize bir çare et.
Quş dedi:
– Men Göy Xan’a Boz öküzün verdiyi quşam… Yer Xan dedi:
-Men Göy Xan’ın qardaşıyam. : Quş dedi:
– Bilirem. Ele ona göre sizi yolda belimden yere atmadım. İndi qulaq as, Dağ Xan’dan min illik bir palıd iste.
Yer Xan dedi:
– Nece isteyem? Heç Dağ Xanın yerini bilirem ki?..
Quş dedi:
– Sen yalnız isteyini söyle. Dağ Xan onu yerine yetirer.
Yer xan dedi:
– Ey Dağ Xan mene min illik palıd gönder. Hemen Yer Xan’ın qarşısında min illik palıd yere serildi. Quş dedi:
– İndi dile ki, Qodu Xan nefesi ile onu alovlandırsın.
Yer Xan bunu istedi.
Bir de gördü ki, palıd alovlandı, her teref bir isti oldu ki, gel göresen. Quş dedi:
– Bax beyle. Yer Xan, bura senin ilk meskenin olacaq. Qardaşın Qodu Xan hemişe başının üstünde, Dağ Xan bax, görünen bu Qaf dağında. Deniz Xan da burada, yanındadır. Hansını çağırsan harayrna yetesidir. Hansından ne isteyirsen de, utanma, derdini de, qardaşların yardımı esir gemezler.
Quş daha sonra dedi:
– Bax indi Yel Xan’la Dağ Xan’a de, buradaki odu sönmeye qoymasınlar. Palıd qurtaranda Dağ xan palıd getirsin. Od qaralanda Yel Xan odu közertsin.
Yer Xan otlardan qazan düzeltdi. Odu tapmaqlarına sevindiler. Ana Xatun yarmayı aş bişirdi. Yediler, içdiler. Odun kenarında Yer Xan dağma tikdi. Yer Xan Ana Xatun’la yatdı.

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s