Azerbaycan efsaneleri ve revayetleri – Oğuz’un Övladları

Oğuz Boz öküzün boynızımn yanında özüne palçıqdan daxma tikib yaşamağa başladı. Boz öküze qulluq eden bir idi, oldu iki. Fatı da gece gündüz Boz öküzü tumarladı, suyunu, yemini verdi.
Doqquz ay, doqquz gün, doqquz saat keçdi, Oğuz heyecanlı Boz öküzün yanına geldi.
– Ey Boz öküz, Fatı ölür, dedi. Boz öküz dedi:
– Yox, Oğuz qorxma, Fatı ölmür. Fatı Oğuzun neslini dünyaya getirir.
Oğuz sevinerek daxmaya qaçdı. Gördü Fatı özüne gelib, ancaq etrafında yeddi oğlan uşağı hay haray salıb qışqırışırlar. Oğuz bilmedi ne etsin.
Boz öküzün sesi geldi:
– Oğuz, Fatı uşaqları emizdirsin!
Ele bil Fatının döşlerinden süd çayı axmağa başladı. Uşaqlar doyunca içib yatdılar.
Uşaqlar bu qayda ile yeddi il yediler, içdiler, böyüdüler. Boz öküz onları sevdi, onlar Boz öküzü.
Bir gün Boz öküz iğidleri basma yığdı, Oğuza ve Fatıya dedi:
– Ey mene sedaqetle xidmet eden Oğuz nesli! İsteyirem siz dünyaya sepelenesiniz, dünyanı âbad edesiniz… Odur ki, dünyanı sizin aranızda bölürem.
Boz öküz sonra en uca boylu iğidi ireli sesledi. Dedi:
– Senin adını Göy Xan qoyuram. Göyleri sana tapşırıram. Sonra Oğuz’un mavi gözlü oğlunu sesledi:
– Sene denizleri tapşınram. Adını Deniz Xan qoyuram. Qıpqırmızı yanaqlı oğlanın üzüne gülümsedi:
– Sene da Qodu Xan adı verirem. Odu, Güneşi sene tapşırıram.
Saçları dağmıq oğlana Boz öküz Yel Xan, o birisine Sel Xan adı verdi. Yeli, rüzgârı, havanı himaye etmeyi Yel Xana, çayı, suyu seli nizamlamağı Sel Xana tapşırdı. Oğuzun böyrüne qısılan dağ gövdeli iğide Dağ Xan adı qoydu. Ona dağlan, meşeleri tapşırdı. Sonra Boz öküz elini Fatı ananın çiynine qoyub sakitçe dayanıb qardaşlarına baxan qıvrımsaçlı, qaraqaş, qaragöz iğidi meydana çekdi:
– He, bu qara qardaşın adını da Yer Xan qoyuram. Sizin hamınız. Yer Xana yardım edin ki, o, Oğuzun neslini yer üzünde artırabilsin.
Boz öküz sonra iki buynuzunu ireli uzadıb dedi:
– Bax, her iki min ilden sonra gelib yoxlayacağam ki, görüm, verdiyim emanetleri nece saxlayırsmız. Emanete xıyanet edenin gözlerini boynuzumla çıxaracağam.
Oğuz övlatları ile Boz öküzün qarşısmda baş eydi, gelib onun üzünden öpdü. Oğuz nesli seslendi:
– Oğuzda emanete xıyanet görmezsen, ey Boz öküz!
Boz öküz razılıq etdi. Sonra doqquz ay evvel Oğuza getirdiyi müqevvaları yanyana düzüb onlara nefes verdi. Bir ğöz qırpımmda birbirinden gözel, boyu uzun xatunlar ses-sese verdiler:
– Buyruğundayıq atam Oğuz dediler. Oğuz dedi:
– Buyruq Boz öküzün, övlad Oğuzundur, övladlarım.
Boz öküz bir de güldü. Sonra iğidlere üzünü tutub dedi:
– Herkes beyendiyi xatunu qoluna alsın. Önce Göy Xan’la gözel Maya’nm ulduzu ba-
rışdı. Boz öküz Göy Xan’a dedi:
– Senin xatunun bolluq himayecisi olsun. Deniz Xan’ın üzüne Nahide güldü. Deniz Xan
Nahide’nin qoluna girdi. Boz öküz Deniz Xan’a dedi:
– Senin xatunun Oğuz’un canının, gözelliyinin, bextinin, qederinin keşikçisi olsun.
Qodu Xan yanaqları allanan Ulduz Xatunu istedi. Boz öküz Qodu Xan’a dedi:
– Senin Xatununa emin amanlığı himaye et meyi tapşırıram.
Yel Xan saçı dağınık, ay qabaqlı Telli’ni istedi. Telli Xatun gelib Yel Xan’m qoluna girdi. Boz öküz dedi:
– Yel Xan, senin xatunun Telli canalan, şer, muharibe hâmisi olsun.
Sel Xan boyu uzun Selli’ni beyendi. Selli Xatun gelib Sel Xan’m qoluna girdi. Boz öküz dedi:
– Sel Xan, Selli Xatun xestelik ve sağlamlıq himayecisi olsun.
Dağ Xan ele ilk baxıştda Güllü’ye vuruldu. Güllü gelib Dağ Xan’m qoluna girdi. Boz öküz Dağ Xan’a dedi:
– Dağ Xan, Güllü Xatun xeyirli işlerin hi mayecisi olsun. Qoy Güllü Xatun yer üzünde xeyirxahlığı artırsın.
Qaldı Yer Xan, bir de ayla, günle yarışan Ana Xatun. Onlar da birbirile baxışıb dayandılar. Ana Xatun gelib girdi Yer Xan’ın qoluna. Boz öküz dedi:
– Ana Xatun sen de analıq hâmisi ol! Qoy Oğuz uşağı töreyib artsın. Bütün anaları Ana Xatun himaye etsin.
Fatı ana Oğuz’un yığıb getirdiyi buğdanı döydü. Yarmalı aş bişirdi. Yeddi gün yeddi gece herkes yarmalı aşı yeyib yattı. Sekkizinci gün Boz öküz dedi:
– Daha durun! Yarmalı aş işini gördü. Sümüyünüz, qanmız düzeldi. İndi her kes öz yur duna getmelidir. siz el ele verib dünyanı âbad et- melisiz. Ancaq Xanlarm, Qatunların bir payı da qalıb.
Oğuz Boz öküze baş eydi. Xatunlar Oğuz Xan-ları ile Boz öküzün yanma geldiler. Boz öküz dedi:
– Gözel Maya, sene ve xanma dünyada rûzi, bereket, sonsuz ömür verirem.
– Nahide’ye denizler durduqça ömür verirem. Yer üzünde deniz durduqça ömrün olacaq.
– Qodu Xan’la Ulduz Xatuna ulduzlar dur- duqça ömür verdim.
– Yel Xan’la Telli’ye yer üzünde yel, hava ve ölüm durduqça ömür verdim.
– Gözel Selli’ye Xanı ile birlikde yer üzünde Xestelik ve sağlamlıq durduqça ömür verdim.
– Dağ Xan’la Güllü’ye yer üzünde dağlar, or manlar durduqça ömür verdim.
– Qaldı Ana Xatun’a dizi dutduqça ömür ver dim.
Boz öküz dedi:
– Oğuz nesli, bir de tapşırıram: heç vaxıt ema nete xeyanet etmeyesiniz. Gözlerinizi qoruyan kimi qoruyun verdiyim emanetleri. İndi durun, menzil başına…
Hemen o gün Oğuz nesli yola düşdü. Gedip, Boz öküzün onlara tapşırdığı dünyanı idare et-meye başladılar.

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s