Quşların hökümdarı Simurq

Rəvayət olunur ki; Quşların hökümdarı olan Simurq Bilgə Ağacının budaqlarında yaşayar və hər şeyi bilərmiş.
Bu quşun özəlliyi gözyaşlarının şəfalı olmağı və yanıb kül olaraq ölməyi, sonra öz küllərindən yenidən dirilməsidir.
Quşlar Simurqa inanır və onları qurtaracağını düşünürmüş.
Quşlar dünyasında hər şey tərs getdikcə onlar da Simurqun gələcəyini gözləyirmişlər.
Halbuki, Simurq ortada görünməd…ikcə şübhələnmiş ve sonunda ümidi kəsiblər.
Lakin bir gün uzaq bir ölkədə bir quş sürüsü Simurqun qanadından bir tük taqıb…
Simurqun gerçək olduğunu anlayan dünyadaki bütün quşlar toplanmış və birlikdə Simurqun hüzuruna gedib kömək
istəməyə qərar vermişlər.
Ancaq Simurqun yuvası, ətəkləri buludların üzərində olan Qaf Dağının zirvəsindəymiş.
Ora getmək üçün isə yeddi dibsiz vadini keçmək lazım imiş, bir-birindən çətin yeddi vadi…
İstək,
Eşq,
Mərifət,
İstisna,
Tövhid,
Heyrət və
Yoxluq vadiləri…
Quşlar, birlikdə göye doğru uçmağa başlamışlar
İstəyi ve səbatı az olanlar, dünyəvi şeylərə bağlananlar yarı yolda qalmışlar. Yorulanlar və taqətdən düşənlər olub…
“Eşq Dənizindən keçiblər öncə…”.
“Ayrılıq Vadisindən uçmuşlar…”
“Tamah Oylağından keçib, qısqanclıq Gölünə istiqamətlənmişlər… ”
Quşların bəzisi Eşq Dənizində boğulmuş,
Bəziləri Ayrılıq Vadisində çıxıb sürüdən…
Bəzisi tamahlanaraq düşüb oylağa,
Bəzisi qıskanaraq batıb gölə…
Əvvəlcə Bülbül geriyə qayıdıb, gülə olan eşqini xatırladığı üçün;
Tutuquşu o güzel tüklərini bəhanə
edib (halbuki tükləri üçün qəfəsə salınmışdır);
Qartal, yüksəklərdəki krallığından əl çəkə bilməyib;
Bayquş xarabalıqlarından ötrü darıxmışdı…
Yeddi vadi üzərindən uçdukca sayları getdikcə azalmışdı.
Ve nəhayət beş vadidən keçdikdən sonra gələn Altıncı Vadi “Heyrət” və
sonuncusu Yeddinci Vadi “yoxluq”da bütün quşlar ümidlərini itirmişlər….
Qaf Dağına çatdıqda geriyə otuz quş qalıb.
Sonunda sirri, sözlər göstərib:
Farsca si, “otuz” deməkdir…
“Murq” isə “quş”…
Simurqun yuvasını tapdıqları zaman biliblər ki;
“Simurq – otuz quş” deməkdir.
Onların hamısı Simurq imiş…
30 quş, anlayıblar ki, axdardıqları sultan, özləridir və gerçək yol,
özündə axtarıb tapdığın yoldur\\\ ən gözəl səyahət isə öz içinə etdiyin səfər…

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s